Britaniya ABŞ-yə qadağa qoydu: Hərbi bazalardan istifadə...
Dünya
19.02.2026 22:45
Böyük Britaniya ABŞ-yə İrana zərbə endirmək üçün hərbi bazalarından istifadə etməyə icazə verməyib.
TodayPress TV xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.
Məlumata görə, Vaşinqton Tehrana qarşı hərbi əməliyyatlar üçün ətraflı planlar hazırlayır. Bu planlara Hind okeanındakı Dieqo Qarsiya adasındakı Britaniya-Amerika birgə hərbi bazasından və ABŞ-nin Avropadakı ağır bombardmançı təyyarələri üçün əsas baza olan Qlosterşirdəki Ferford hava bazasından istifadə daxil olacaq.
Lakin London hələ də razılığını verməyib, çünki ABŞ-nin İrana zərbəsinin beynəlxalq hüququn pozulması hesab edilə biləcəyindən ehtiyat edir.
Qəzet qeyd edib ki, Britaniya hökumətinin bu mövqeyi ABŞ Prezidenti Donald Trampı qəzəbləndirib.
Aysel Mətləb
tag: Böyük Britaniya , ABŞ, İran, Tramp, Tehran, todayptess.tv,
