BMT-dən xəbərdarlıq: Müharibə səngidi, iqtisadi fəsadlar bitmədi
Yaxın Şərqdə aktiv hərbi əməliyyatların dayandırıldığı şəraitdə belə münaqişə regiona və dünya iqtisadiyyatına zərər vurmaqda davam edir.
TodayPress TV xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik brifinqdə bildirib.
O, münaqişənin başlanmasından təxminən yarım il sonra vəziyyəti qiymətləndirərkən deyib:
“Münaqişə hətta müəyyən mənada donmuş kinetik mərhələdə olsa belə, regiona və qlobal iqtisadiyyata çox böyük zərər vurmaqda davam edir”.
Dujarrik qeyd edib ki, BMT-nin baş katibi Antonio Quterreş “eskalasiyaya səbəb ola biləcək hər hansı yeni tədbirlərdən və müşahidə olunan ritorikadan narahatdır”.
Aysel Mətləb