Bir kənd Britaniyadan qaçmaq istəyir - Ünvan isə ABŞ-dir
Böyük Britaniyadan ayrılmağa səs verən Piddinqton kəndinin sakinləri ABŞ Prezidenti Donald Trampa müraciət edərək kəndin ABŞ-yə birləşdirilməsini istəyə bilərlər.
TodayPress TV xəbər verir ki, bu barədə “Newsweek”ə Piddinqton kilsə şurasının sədri Tim Maknelli məlumat verib.
Onun sözlərinə görə, kəndin kənarında 1250 qaçqının yerləşdirilməsi planı həyata keçirilərsə, sakinlər ABŞ Prezidentinə rəsmi müraciət göndərəcəklər.
Kilsə şurasının üzvü Maykl Nikson isə bildirib ki, Piddinqton sakinləri artıq ABŞ vətəndaşlarından böyük dəstək alıblar. Onun sözlərinə görə, kənd nümayəndələri hələ Vaşinqtonla bu məsələ ilə bağlı danışıqlar aparmayıblar.
Nəşrin məlumatına görə, qaçqın düşərgəsinin yaşayış məntəqəsinin kənarında yerləşən keçmiş hərbi bazanın ərazisində yaradılması planlaşdırılır. Oxşar düşərgələr artıq Sasseks və Esseks qraflıqlarında fəaliyyət göstərir.
Aysel Mətləb