Diplomatlardan sonra mərkəz də hədəfdə - İran Fransaya qarşı yeni addım atdı

Diplomatlardan sonra mərkəz də hədəfdə - İran Fransaya qarşı yeni addım atdı
21.09.2026 03:40 Dünya

İran hakimiyyəti Tehranda Fransa səfirliyi ilə əlaqəli fəaliyyət göstərən fransız dili mərkəzini bağlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Məlumata görə, mərkəz fəaliyyət göstərmək üçün rəsmi icazə almayıb. Hüquq-mühafizə orqanlarının xəbərdarlıqlarına baxmayaraq, icazə əldə etməkdən imtina edən mərkəz fəaliyyətini davam etdirərək İran qanunlarını pozub.

Qeyd edək ki, avqust ayında İran Tehrandakı Fransa səfirliyinin iki əməkdaşını “persona non qrata” elan edərək onların ölkəyə girişini qadağan edib.

İran Xarici İşlər Nazirliyinin məlumatına görə, fransalı diplomatlar iyul ayında Tehranda xarici müdaxilə və casusluqla bağlı böyük iş üzrə təqsirləndirilən şəxslərlə gizli görüşlər keçiriblər.

Aysel Mətləb

XƏBƏR LENTİ
21 SENTYABR 2026
Bütün Xəbərlər