Vaşinqton husilərə qarşı hərəkətə keçəcək? - Ağ Evdə zərbə variantı müzakirə olunur
Ağ Ev Yəməndəki "Ənsar Allah" husi üsyançı hərəkatının mövqələrinə zərbələr endirmək imkanını nəzərdən keçirir.
TodayPress TV xəbər verir ki, bu barədə "CNN" telekanalının analitiki Aleksa Plitsas bildirib.
"ABŞ vəziyyətə birbaşa müdaxilə edib-etməmək barədə düşünür, çünki belə bir qərarın nəticələri ABŞ-dəki seçkilərə altı həftə qalmış və neft qiymətlərinin artması fonunda daha böyük problemlər yarada bilər", - deyə Plitsas "CNN"in efirində bildirib.
O iddia edir ki, ərəb ölkələrinin hökumətləri ABŞ-dən husilərlə münaqişəyə müdaxilə etməyi bir neçə dəfə xahiş ediblər:
"Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud Prezident Donald Trampa dəfələrlə müraciət edib".
Aysel Mətləb