Atlantikanın o tayında Moskva seçkisi – Nyu-Yorkda ruslar səs verdi

Atlantikanın o tayında Moskva seçkisi – Nyu-Yorkda ruslar səs verdi
21.09.2026 01:10 Dünya

Nyu-Yorkda Rusiya vətəndaşlarının Dövlət Dumasına seçkilərdə səs verə bilməsi üçün seçki məntəqələri açılıb.

TodayPress TV xəbər verir ki, bu barədə "RİA" məlumat yayıb.

Səsvermə Rusiyanın Vaşinqtondakı səfirliyində və Hyustondakı baş konsulluğunda da keçirilir.

Rusiyanın Nyu-Yorkdakı baş konsulu Aleksey Markov seçki məntəqəsinə çox sayda seçicinin gələcəyini gözlədiklərini bildirib. Hyustondakı baş konsul Nikolay Pukalov isə istənilən sayda seçicinin gəlməsinə hazır olduqlarını deyib.

Diplomatik nümayəndəliklərin yerli hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyi vurğulanıb.

Qeyd edək ki, sentyabrın 20-də Rusiyada IX çağırış Dövlət Dumasına seçkilərin sonuncu – üçüncü səsvermə günü başlayıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
21 SENTYABR 2026
Bütün Xəbərlər