Tehrandan Dohaya, Dohadan Nyu-Yorka: Əraqçinin səfər marşrutunun səbəbi nədir?
İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş Assambleyasında iştirak etmək üçün Tehranı tərk edib, lakin Nyu-Yorka gəlməzdən əvvəl Vaşinqton və Tehran arasındakı dialoqda vasitəçilərdən biri olan Qətərə qısamüddətli səfər edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyi məlumat verib.
"Qeyd etmək lazımdır ki, Nyu-Yorka gedərkən ölkəmizin XİN rəhbəri Dohada qısamüddətli dayanacaq edəcək və burada regiondakı son hadisələrlə bağlı məsləhətləşmələr aparacaq", - deyə İran diplomatik idarəsinin dərc olunmuş bəyanatında bildirilir.
Aysel Mətləb