Tramp və Zelenski telefon danışığı apardı - Tərəflər hansı razılığa gəldi?
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.
TodayPress TV xəbər verir ki, liderlər arasında Nyu-Yorkda görüş barədə razılıq əldə olunub.
Tərəflər sülh prosesi, gərginliyin azaldılması, enerji və ərzaq təhlükəsizliyi, eləcə də insanların həyatının qorunması ilə bağlı təklifləri müzakirə ediblər.
Zelenski qeyd edib ki, Ukrayna ABŞ tərəfi ilə “mühüm addımlar” atmağa hazırdır.