ABŞ yenidən hücum etsə... - İran nə ilə hədələdi?
ABŞ ölkəyə yenidən hücum edəcəyi təqdirdə, İran regiondakı bütün Amerika bazalarına və obyektlərinə zərbələr endirəcək.
TodayPress TV xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiyə" mərkəzi qərargahı bəyan edib.
Qərargahın məlumatına görə, ABŞ Yaxın Şərqin bəzi ölkələrinin dəstəyi ilə Avropa ölkələrindən birində keçirilən iclasda İrana qarşı hərbi əməliyyatları bərpa etmək qərarı qəbul edib.
Tehran region ölkələrinə xəbərdarlıq edib ki, Amerikanın "təcavüzündə" iştirak edəcəkləri təqdirdə, onlar İran Silahlı Qüvvələrinin təmkin göstərəcəyinə ümid edə bilməzlər.