Tramp tanınmış Amerika media qurumlarını "zibil qutusuna atdı"
ABŞ Prezidenti Donald Tramp Ağ Evin yanında üzərində "CNN", "MS NOW" telekanallarının və "Politico" qəzetinin adları yazılmış zibil torbalarının əks olunduğu bir şəkil paylaşıb.
TodayPress TV xəbər verir ki, bu barədə o, "Truth Social"da paylaşım edib.
ABŞ Prezidentinin paylaşdığı şəkildə Ağ Evin yanındakı çəmənlikdə sırayla düzülmüş üç zibil torbası təsvir olunub. "MS NOW" telekanalının adı yazılmış torba üçün Amerika lideri onun köhnə adını - "MSNBC"ni seçib.
Aysel Mətləb