Türkiyə Superliqası: "Beşiktaş"dan gözlənilməz məğlubiyyət
Türkiyə Super Liqasının 6-cı turunda "Beşiktaş" səfərdə "Amed"ə 3:2 hesabı ilə məğlub olub.
TodayPress TV xəbər verir ki, qarşılaşma Diyarbəkir stadionunda keçirilib.
"Amed"in qollarını 13-cü dəqiqədə Orban, 22-ci dəqiqədə Saba və 59-cu dəqiqədə Furkan Soyalp vurublar.
"Beşiktaş"ın heyətində isə 55-ci dəqiqədə Vlahoviç, 90+7-ci dəqiqədə penaltidən Orkun Kökçü fərqlənib.
"Amed"də Sisse 85-ci dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Bu nəticədən sonra "Amed" xallarının sayını 13-ə çatdıraraq top fərqinə görə turnir cədvəlinə liderlik edir. "Beşiktaş" isə 12 xala malikdir.