Ben Qurion hava limanında bomba həyəcanı: Sərnişinlər təxliyə edildi - VİDEO

Ben Qurion hava limanında bomba həyəcanı: Sərnişinlər təxliyə edildi - VİDEO
13.10.2026 11:30 Dünya

Nyu-Yorkdan Təl-Əvivə uçan “Delta Air Lines” aviaşirkətinə məxsus təyyarədə bomba olması barədə anonim məlumat daxil olub. Hadisə təyyarə İsrailin Ben Qurion hava limanına endikdən sonra yaşanıb.

TodayPress TV xəbər verir ki, İsrail mediasının məlumatına görə, xəbərdarlıqdan sonra təyyarə adi dayanacaqdan uzaqlaşdırılaraq xüsusi təhlükəsizlik zonasına aparılıb.

Sərnişinlər təxliyə edilərək terminala yerləşdirilib. Təhlükəsizlik qüvvələri təyyarədə və ətraf ərazidə geniş yoxlama aparıblar. İlkin araşdırma nəticəsində bomba xəbərdarlığının yalan olduğu bildirilib.

İsrail Hava Limanları İdarəsi təyyarədə şübhəli heç nəyin aşkarlanmadığını açıqlayıb. Bundan sonra hava limanında əməliyyatların normal rejimdə davam etdiyi bildirilib.

Qeyd edək ki, “Delta Air Lines” İranla müharibənin başlamasından sonra altı aydan çox davam edən fasilədən sonra sentyabr ayında İsrailə uçuşları bərpa etmişdi. Hadisə regionda aviasiya təhlükəsizliyi ilə bağlı narahatlıqların artdığı bir vaxtda baş verib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər