Şəhid qardaşından müraciət: Emosiyalara qapılmayın, dövlətin yanında olun!

Şəhid qardaşından müraciət:  Emosiyalara qapılmayın, dövlətin yanında olun!
13.10.2026 11:51 Gündəm

Şəhid mayor Vüsal Vəliyevin qardaşı, AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru və hüquqşünas Elyar İslamoğlu şəhid ailələrinə müraciət edib.


TodayPress TV xəbər verir ki, o, sosial media hesabında paylaşdığı müraciətdə şəhid ailələrini təxribatlara uymamağa, xarici dövlətlərin maraqlarına xidmət edən ideoloji təbliğatın alətinə çevrilməməyə çağırıb.

Elyar İslamoğlu vurğulayıb ki, şəhidlər Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin qorunması uğrunda canlarından keçiblər. Onların xatirəsinə ehtiramın ən böyük ifadəsi isə uğrunda şəhid olduqları Vətənə, dövlətə və milli dəyərlərə sahib çıxmaqdır.

O, müraciətində 44 günlük Vətən müharibəsi dövründə baş verən hadisələrə də toxunaraq, Azərbaycan əsgərlərinin Zəngilan istiqamətində irəlilədiyi vaxt onların qarşısını kəsənləri, Ermənistanın silahlandırılmasına dəstək verənləri və işğal dövründə Azərbaycan torpaqlarındakı məscidlərin təhqir edilməsinə səssiz qalanları xatırladıb.

Şəhid qardaşı bildirib ki, ölkənin müstəqilliyi və suverenliyi heç bir siyasi oyunun və xarici marağın qurbanına çevrilməməlidir.

O, şəhid ailələrini hadisələrə emosiyalarla deyil, sağlam düşüncə ilə yanaşmağa, ayıq-sayıq olmağa və heç kimin onları öz maraqları naminə istifadə etməsinə imkan verməməyə çağırıb.

Jalə Rövşən

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər