Rusiya İran dizelini əlaltından ABŞ-yə ötürür?

Rusiya İran dizelini əlaltından ABŞ-yə ötürür?
13.10.2026 11:25 Dünya

Rusiyanın ABŞ-yə ixrac etdiyi dizel yanacağının İran mənşəli olduğu iddia edilir.

TodayPress TV insayder məlumatlarına istinadən xəbər verir ki, bu ehtimal Rusiyanın neft emalı zavodlarının Ukrayna hücumları nəticəsində istehsal imkanlarının zəifləməsi ilə əlaqələndirilir.

İddialara görə, Rusiya ehtiyac duyduğu dizel yanacağının böyük hissəsini İrandan idxal edir.

Sentyabr ayında Ryazan da daxil olmaqla, Rusiyanın müxtəlif bölgələrində İran dizeli daşıdığı bildirilən minlərlə tanker yük maşınının aşkarlandığı qeyd olunur.

Bu ssenariyə əsasən, Rusiya İrandan aldığı dizel yanacağını ABŞ-yə sata bilər. Belə olan halda, ABŞ Prezidenti Donald Trampın ölkədə enerji qiymətlərini aşağı salmaq məqsədilə həyata keçirdiyi siyasət dolayı yolla Rusiyaya və İrandakı hakimiyyətə maliyyə qazancı gətirə bilər.

Qeyd edək ki, məlumatın etibarlı təsdiqi yoxdur. 

Fotoda: İran mənşəli olduğu iddia edilən dizel yanacağını daşıyan tanker yük maşını. Rusiya ərazisində belə minlərlə maşının müşahidə olunduğu bildirilir.

Jalə Rövşən 

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər