Belqorodda dron ferma maşınına dəydi, bir nəfər yaralandı
Belqorod vilayətinin Rakityanski rayonunda dronun kənd təsərrüfatı texnikasına çırpılması nəticəsində bir nəfər yaralanıb.
TodayPress TV xəbər verir ki, “İnterfaks”ın məlumatına görə, hadisə Russkaya Berezovka kəndində baş verib.
Məlumata görə, bir kişi dronun zərbəsi nəticəsində sinə, qol və ayaq nahiyələrindən qəlpə yaraları alıb. O, Rakityanskaya Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Kənd təsərrüfatı texnikasına da ziyan dəyib.
Bundan başqa, Dmitriyevka kəndində dron infrastruktura zərər vurub.
Belqorod rayonunun Yasnıe Zori kəndində FPV dronu çoxmənzilli binanın dam örtüyünə ziyan vurub. Digər bir dron isə ictimai binanın şüşəsini sındırıb.
Oktyabrski kəndində fərdi evin yaxınlığında partlayan dron nəticəsində evin pəncərələri və hasar zədələnib.
Krasnaya Yaruqa ərazisində dron hücumu nəticəsində iki avtomobil, fərdi evin damı və qaraj yanıb. Yanğınların söndürüldüyü bildirilib.
Həmçinin bildirilir ki, Krasnoyarsk rayonunun Savçenko kəndində isə FPV dronunun fərdi evə zərbəsi nəticəsində yanğın baş verib.
Jalə Rövşən