Belarus höküməti İranı sabitliyi qorumağa çağırdı: "Vəziyyəti izləyirik.."

Dünya

13.01.2026 17:54

Belarus Xarici İşlər Nazirliyi İrana sabitliyi qorumağa çağırıb və ölkədə etirazları diqqətlə izlədiklərini bildirib. Hökümət ABŞ hərbi müdaxiləsi istisna olunmur.

TodayPress TV  "Kommersant"a istinadən xəbər verir ki, Belarus Xarici İşlər Nazirliyi İran hakimiyyətini və xalqını ölkədə sabitliyi qorumağa çağırıb.

Nazirlik İslam Respublikası hökumətinin və xalqının sabitliyi təmin edə biləcəyinə əmin olduğunu bildirib.

Diplomatik açıqlamada qeyd olunur ki, Belarus BMT Nizamnaməsinin prinsiplərinə əsaslanaraq suveren dövlətlərin daxili işlərinə müdaxiləni qəti şəkildə rədd edir. Nazirlik həmçinin İrandakı Belarus vətəndaşlarını izdihamlı yerlərdən çəkinməyə çağırıb.

İranda etirazlar dekabrın sonlarında milli valyutanın çökməsi və qiymətlərin kəskin artması səbəbindən başlayıb. Etirazçılar rejim dəyişikliyi tələb edir. ABŞ Prezidenti Donald Tramp etirazçılara qarşı zorakılıq baş verəcəyi təqdirdə İrana zərbə endirəcəyi ilə hədələyib, Ağ Ev isə hərbi müdaxiləni istisna etməyib.

İran Xarici İşlər Nazirliyi ABŞ ilə dialoqa, eyni zamanda hərbi variantlara hazır olduqlarını açıqlayıb. "Kommersant" qəzetinin məlumatına görə, Tehran bazarında etirazlar davam edir və ABŞ-nin  müdaxilə variantları müzakirə olunur.

Jalə Rövşən 

TodayPress TV

tag: Belarus,ABŞ ,Xarici İşlər Nazirliyi,İran ,Todaypress.tv,