Banqladeşdə gəmi qəzası - 250 nəfər itkin düşdü

Banqladeşdə gəmi qəzası -  250 nəfər itkin düşdü
15.04.2026 00:45 Dünya

Banqladeş sahilləri yaxınlığında gəmi qəzası nəticəsində azı 250 nəfər itkin düşüb.

TodayPress TV xəbər verir ki, bu barədə "Dhaka Tribune" məlumat yayıb.

Məlumata görə, qəzaya uğrayan gəmidə rohinca qaçqınları və Banqladeş vətəndaşları olub.

Gəmi Teknaf bölgəsindən Malayziyaya yola düşüb və ehtimala görə, həddindən artıq yüklənmə, güclü külək və fırtına səbəbindən batıb.

Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər