Banqladeş ABŞ-dən icazə istədi

Dünya

31.03.2026 14:13

Banqladeş hakimiyyəti enerji böhranı səbəbindən ABŞ-dən Rusiyadan 600.000 ton yanacaq mazutunun idxalına icazə istəyib.

TodayPress TV xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Banqladeş artıq İndoneziyadan təxminən 60.000 ton yanacaq alıb. Eyni zamanda Hindistanın da ölkəyə oxşar miqdarda yanacaq tədarük edəcəyi gözlənilir. Rusiya yanacaq mazutunun qiymətinin Yaxın Şərq münaqişəsindən əvvəlkindən xeyli yüksək olacağı proqnozlaşdırılır.

Banqladeşin maliyyə və planlaşdırma naziri Əmir Xasru Mahmud Çovduri artıq bildirib ki, ölkəsi ABŞ-dən Rusiyadan neft almaq üçün icazə istəyib. Bu addım, Vaşinqtonun Nyu-Dehli üçün də oxşar tədarüklərə razılıq verməsindən sonra atılıb.

Qeyd edək ki, martın 24-də Banqladeş Yanacaqdoldurma Stansiyaları Sahibləri Assosiasiyası ölkə daxilində yanacaqdoldurma məntəqələrinin yanacaq çatışmazlığı səbəbindən bağlana biləcəyini açıqlayıb. Hökumət isə benzin çatışmazlığı ilə bağlı məlumatları təkzib edir. "Dhaka Tribune" qəzetinin məlumatına görə,  martın 23-də  paytaxtda yalnız üç məntəqədə yanacaq satılıb.

Enerji böhranı səbəbindən ölkədəki bütün universitetlər martın əvvəlində bağlanıb və hökumət məktəb tətillərini təxirə salıb. Dövlət işçiləri artıq həftədə dörd gün işləyirlər.

Xatırladaq ki, İran, İsrail və ABŞ arasındakı münaqişə nəticəsində Fars körfəzindən neft və qaz tədarükünün əsas marşrutu olan Hörmüz boğazında gəmiçilik məhdudlaşdırılıb. Martın 30-da Brent markalı neftin qiyməti 1 barel üçün 115 dollardan yuxarı qalxıb. Bazar iştirakçıları qiymətin barel üçün 120 dollara, daha da artacağı təqdirdə isə 130–150 dollara qədər yüksələcəyini gözləyirlər.

Jalə Rövşən 

TodayPress TV

tag: Banqladeş ,ABŞ ,Rusiya ,Neft ,Todaypress.tv,