"Bağban" ləqəbli kartel lideri həbs edildi

Dünya

28.04.2026 19:15

Meksika Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları “Bağban” ləqəbi ilə tanınan Audiez Flores Silvanı həbs ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə Meksikanın İctimai Təhlükəsizlik və Mülki Müdafiə naziri Omar Qarsiya Harfuş məlumat verib.

Nazirin “X” sosial şəbəkəsində verdiyi açıqlamaya görə, əməliyyat Nayarit ştatında həyata keçirilib və saxlanılan şəxs üçün ölkə daxilində həbs orderi olub. ABŞ də onun tutulması üçün 5 milyon dollar mükafat təklif etmişdi və ekstradisiyasını tələb edir.

Məlumata görə, Audiez Flores Silva Meksikanın ən güclü narkokartellərindən biri olan Xalisko Yeni Nəsil Kartelinin (CJNG) yüksək vəzifəli üzvlərindən olub və qrupun mümkün liderlərindən biri kimi göstərilirdi. O, kartelin logistika, təhlükəsizlik və ərazi genişlənməsi fəaliyyətlərinə cavabdeh sayılırdı.

Meksika rəsmiləri əməliyyatda iştirak edən hərbçilərin peşəkarlığını və fədakarlığını yüksək qiymətləndiriblər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Kartel,Meksika,Audiez Flores Silva,Bağban,Todaypress.tv,