Əvvəlki hökumət ölkə büdcəsindən gizli şəkildə Ukraynaya hərbi yardım üçün 17,1 milyard kron ayırıb.
TodayPress TV "Kommersant"a istinadən xəbər verir ki, bunu Çexiyanın Baş naziri Andrey Babiş açıqlayıb.
Onun sözlərinə görə, bu vəsait sursat tədarükü təşəbbüsü çərçivəsində 274 milyard kron dəyərində hərbi texnika almağa sərf edilib.
Babiş bildirib ki, əvvəlki hökumət layihə ilə bağlı suallara cavab verməkdən yayınmış və hərbi kəşfiyyat büdcəsini gizlədib. Baş nazir Ukrayna üçün dövlət büdcəsindən əlavə vəsait ayırmağı dayandıracağını qeyd edib, lakin Avropa hərbi yardım təşəbbüsündə koordinasiya rolunu davam etdirəcəklərini vurğulayıb.
Petr Fiala isə Babişin açıqlamalarını tənqid edərək bildirib ki, sursat tədarükü barədə açıq danışmaq iştirak edən şəxslərin və şirkətlərin təhlükəsizliyini və iqtisadi maraqlarını təhlükə altına qoya bilər.
Jalə Rövşən
