Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı
01.08.2025 09:59 Dünya

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti 1 dollara yaxın ucuzlaşıb.

TodayPress TV xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,94 ABŞ dolları və ya 1,3% azalaraq 72,70 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 73,64 ABŞ dolları olub.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər