Avstraliyada atışma: 3 ölü, 1 yaralı var

Avstraliyada atışma: 3 ölü, 1 yaralı var
22.01.2026 13:08 Dünya

Avstraliyanın Yeni Cənubi Uels ştatının Melburn şəhərində baş verən atışma nəticəsində üç nəfər ölüb, bir nəfər yaralanıb. 

TodayPress TV xəbər verir ki, bu barədə “AP News” polisin açıqlamasına istinadən məlumat yayıb.

Bildirilir ki, atışma xəbərlərindən sonra təxminən 1500 nəfər əhalisi olan Kargelliqo gölündəki bir ünvana təcili yardım xidmətləri çağırılıb.

Atışmada iki qadın və bir kişi ölüb. Daha bir kişi isə ağır, lakin stabil vəziyyətdə xəstəxanaya aparılıb. Polis ictimaiyyəti ərazidən uzaq durmağa və yerli sakinlərlə əlaqə saxlamağa çağırıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər