Avstraliya 16 yaşdan kiçiklərə telefon qadağasını tətbiq edir

Avstraliya 16 yaşdan kiçiklərə telefon qadağasını tətbiq edir
24.11.2025 19:45 Dünya

Avstraliyada dekabrın 10-dan etibarən sosial media şirkətləri 16 yaşdan aşağı istifadəçilərin platformalarda hesab yaratmasının qarşısını almaq üçün “ağıllı addımlar” atmağa məcbur olacaq. 

TodayPress TV xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb.

Bu tələblər həmçinin artıq mövcud olan uşaq hesablarının deaktiv edilməsi və ya silinməsini də əhatə edir.

Hökumət bu qərarın uşaqları sosial mediada zərərli məzmundan və onları uzun müddət ekran qarşısında saxlaya biləcək dizayn elementlərindən qorumağa yönəldiyini bildirib.

Qadağanın dünyada ilk dəfə tətbiq olunduğu və valideynlər tərəfindən geniş dəstəkləndiyi vurğulanır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər