Avropada qaz qiymətləri kəskin şəkildə artdı
Dünya
31.03.2026 21:30
ABŞ-İsrail əməliyyatının başlamasından bəri Avropada qazın qiyməti 70%, neftin qiyməti isə 60% artıb.
TodayPress TV xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) enerji komissarı Den Yorgensen Aİ enerji nazirlərinin təcili onlayn iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
O vurğulayıb ki, Aİ resurs tədarükü xərclərinə əlavə 14 milyard avro xərc çəkib, buna görə də, yaşıl enerjiyə keçid sürətləndirilməlidir.
"Böhranın qısamüddətli olacağını düşünməməliyik. Mart ayının əvvəlindən bəri Avropada qazın qiyməti 70%, neftin qiyməti 60% artıb və əlavə enerji xərcləri 14 milyard avro təşkil edib. Regionun infrastrukturu dağıdıldığı üçün sabah İranla sülh müqaviləsi imzalansa belə, Avropada neft və qazın qiymətləri yaxın gələcəkdə əvvəlki səviyyələrinə qayıtmayacaq", - deyə Den Yorgensen qeyd edib.
Aysel Mətləb
tag: Avropa,İttifaqı,Qaz,Neft,TodayPress TV,
