Avropa liderləri təşviş içindədir

Dünya

10.01.2026 20:21

ABŞ Prezidentinin Administrasiyasının Qrenlandiya ilə bağlı son açıqlamaları Avropa liderləri arasında ciddi narahatlıq və hətta panika yaradıb.

TodayPress TV xəbər verir ki, bu barədə "The New York Times" qəzeti bir neçə Avropa ölkəsindən olan diplomat və hərbi rəsmilərə istinadla məlumat yayıb.

Qəzet yazır ki, Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı niyyətlərini uzun müddətdir ciddi təhlükə kimi dəyərləndirsə də, Ağ Evin aparat rəhbərinin müavini Stiven Millerin kəskin bəyanatları onun bir il ərzində Trampı adaya nəzarət ideyasından daşındırmaq üçün apardığı səyləri faktiki olaraq puça çıxarıb. Bu açıqlamalar açıq-aşkar yorğun görünən Frederiksenə güclü psixoloji təsir göstərib və Avropadakı həmkarları arasında demək olar ki, panika yaradıb.

Qiymət Mahir

tag: Danimarka,ABŞ,Donald Tramp,Qrenlandiya ,Todaypress.tv,