Avropa Komissiyası: Ukrayna ilə üzvlük danışıqları bu il start götürməlidir
Dünya
04.11.2025 17:40
Avropa Komissiyası (AK) Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarının 2025-ci ilin sonuna qədər başlamalı olduğunu bildirib.
TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bu barədə Aİ komissarı Marta Kos Avropa Parlamentində çıxışında deyib.
Onun sözlərinə görə, Kiyev danışıqlara başlamaq üçün tələb olunan bütün meyarlara cavab verir.
Qeyd olunur ki, AK 2024-cü ildə də eyni tövsiyəni verib, lakin danışıqlara start verilməsi Macarıstan tərəfindən Ukraynadakı macar azlığına qarşı təqiblərlə bağlı etiraz səbəbilə Aİ Şurasında bloklanıb.
Marta Kos həmçinin Moldovanın da üzvlük danışıqlarını 2028-ci ilə qədər başa çatdırmaq niyyətini dəstəklədiyini bildirib. Lakin Moldova və Ukraynanın Aİ-yə qoşulma prosesi paralel aparıldığı üçün Kiyev üzrə mərhələlər tamamlanmadan Moldova ilə danışıqların irəliləməsi mümkün deyil.
Jalə Rövşən
tag: Avropa Komissiyası,Ukrayna,Avropa İttifaqı, Marta Kos ,Todaypress.tv,
