Brent 100 dollardan aşağı düşdü, amma çox çəkmədi

Brent 100 dollardan aşağı düşdü, amma çox çəkmədi
21.09.2026 18:43 İqtisadiyyat

"Brent" markalı neftin fyuçers qiyməti 2026-cı il sentyabrın 9-dan bəri ilk dəfə bir barel üçün 100 dollardan aşağı düşüb.

TodayPress TV xəbər verir ki, Bakı vaxtı ilə saat 18:16-ya olan məlumata görə, "Brent" neftinin qiyməti 3,84% azalaraq bir barel üçün 99,88 dollara enib.

Bakı vaxtı ilə saat 17:21-ə doğru "Brent" neftinin qiymətindəki ucuzlaşma ləngiyərək bir barel üçün 100,07 dollar (-3,66%) təşkil edib.

Eyni zamanda, oktyabr tədarüklü "WTI" markalı neftin fyuçers qiyməti 4,14% azalaraq bir barel üçün 92,1 dollara düşüb.

Aysel Mətləb

XƏBƏR LENTİ
21 SENTYABR 2026
Bütün Xəbərlər