Rumıniyada keçmiş prezidentliyə namizəd saxlanıldı - İşin detalları

Rumıniyada keçmiş prezidentliyə namizəd  saxlanıldı - İşin detalları
21.09.2026 19:05 Dünya

Rumıniyanın Mütəşəkkil Cinayətkarlıq və Terrorizmlə Mübarizə İdarəsinin (DIICOT) əməkdaşları keçmiş prezidentliyə namizəd Kalin Georgeski saxlayıblar.

TodayPress TV xəbər verir ki, bu barədə "Digi24" nəşri xəbər verir.

DIICOT-dan zərər məbləği bir milyon avronu keçən ehtimal edilən dələduzluq işi üzrə axtarışlar barədə rəsmi məlumat verilib. Qurumun məlumatına görə, təhqiqat çərçivəsində Rumıniyanın iki və İtaliyanın bir vətəndaşı cəlb olunub.

Qurumdan bildirildiyinə görə, şübhəlilər rumıniyalı sahibkarlara xarici banklardan maliyyələşmə sözü verərək onları aldadıblar. Şübhəlilərin adları açıqlanmır. Nəşrin məlumatına əsasən, istintaq orqanı Georgeskini sxemin təşkilatçısı hesab edir.

Aysel Mətləb

XƏBƏR LENTİ
21 SENTYABR 2026
Bütün Xəbərlər