Azərbaycan cüdoçuları kata üzrə dünya çempionatında iştirak edəcəklər

Azərbaycan cüdoçuları kata üzrə dünya çempionatında iştirak edəcəklər
21.09.2026 18:29 İdman

26–27 sentyabr tarixlərində Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kata üzrə dünya çempionatı keçiriləcək.

TodayPress TV xəbər verir ki, yarışda ölkəmizi yeniyetmələr və gənclər arasında ölkə birinciliyinin qalibi olan 4 cüdoçu təmsil edəcək.

Onlar “nage-no-kata” üzrə mübarizə aparacaqlar.

Dünya çempionatına 35 ölkədən 462 cüdoçu qatılacaq.

Heyəti təqdim edirik:

Yeniyetmələr

Sadiq Abdullayev (tori)

Rəcəb Əkbərov (uke)

Gənclər

Famil Əsədov (tori)

Yusif Əhmədov (uke)

XƏBƏR LENTİ
21 SENTYABR 2026
Bütün Xəbərlər