Əfqanıstan-Pakistan xəttində sakitlik pozuldu - Üç nəfər...
Əfqanıstanın şimal-şərqində Pakistanın endirdiyi hava zərbələri nəticəsində azı üç nəfər həlak olub.
TodayPress TV xəbər verir ki, bu barədə Əfqanıstan rəsmiləri məlumat veriblər.
Kunar vilayəti administrasiyasının nümayəndəsi Fərid Dehqan bildirib ki, Nurqali rayonuna endirilən hava zərbəsi nəticəsində üç nəfər həlak olub, daha dörd nəfər yaralanıb.
Həmçinin Pakistan İnformasiya Nazirliyi Əfqanıstanda üç hədəfə endirilən hava zərbələri nəticəsində 28 nəfərin öldürüldüyünü bəyan edib.
Aysel Mətləb