Avropa İttifaqı Rusiya ilə bağlı addım atdı - Qərar verildi
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təsdiqləyib.
TodayPress TV xəbər verir ki, yeni paket çərçivəsində Rusiya neftinə tətbiq olunan bir barel üçün 44 dollar qiymət tavanının müddəti daha 12 ay uzadılıb.
Bundan başqa, Rusiyanın "kölgə donanması"na aid 30 gəmi, bir sıra banklar, kriptovalyuta və neft ticarəti platformaları, eləcə də 250-dən çox fiziki və hüquqi şəxs sanksiya siyahısına daxil edilib.
Qeyd edək ki, Yunanıstana istisna tətbiq olunub.
Belə ki, ölkəyə 2022-ci ildən əvvəl bağlanmış müqavilələr əsasında Rusiya mayeləşdirilmiş təbii qazını (LNG) Avropa İttifaqından kənardakı müştərilərə daşımağa davam etməyə icazə verilib.
Jalə Rövşən
Rusiya
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi
Rusiyanın "kölgə donanması"
Todaypress.tv
Jalə Rövşən