Atlantikdə bu il daha sakit qasırğa mövsümü gözlənilir - Mütəxəssislər açıqladı

Dünya

22.05.2026 08:00

Atlantik okeanında iyunun 1-də başlayacaq qasırğa mövsümünün normadan daha sakit keçəcəyi proqnozlaşdırılır.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin Milli Okean və Atmosfer Administrasiyası (NOAA) məlumat yayıb.

İlk proqnoza əsasən, 2026-cı il Atlantik qasırğası mövsümünün orta göstəricidən daha aşağı aktivliklə başa çatma ehtimalı 55 faiz təşkil edir.

Mütəxəssislər bildiriblər ki, buna Sakit okeanda güclənməsi gözlənilən “El Nino” hava hadisəsi təsir göstərə bilər.

Hesabata görə, bu il Atlantikdə maksimum 14 tropik fırtınanın yaranacağı, onlardan yalnız 3-6-sının qasırğaya çevriləcəyi gözlənilir. Ekspertlər həmin qasırğalardan ən çoxu 3-nün “3-cü kateqoriya” və daha yüksək gücə malik “böyük qasırğa” səviyyəsinə çatacağını ehtimal edirlər.

Kolorado Ştat Universitetinin aprel ayında yayımladığı müstəqil hesabatda da 2026-cı ilin Atlantik qasırğaları baxımından daha sakit keçəcəyinin proqnozlaşdırıldığı qeyd olunub.

Aysel Mətləb

TodayPress TV

tag: Atlantik ,ABŞ,El Nino,Qasırğa,TodayPress TV,