ATƏT Avropada müharibənin qarşısını almağa çalışır
Dünya
07.02.2026 01:30
“Avropada xalqlar mümkün müharibədən qorxur və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) bu müharibənin qarşısını almağa çalışır”.
TodayPress TV xəbər verir ki, bu fikirləri ATƏT-in Baş katibi Feridun Sinirlioğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi danışıqlardan sonra Vyanada təşkil olunan mətbuat konfransında səsləndirib.
O bildirib ki, heç kim Avropanın ciddi təhlükəsizlik problemləri ilə üz-üzə qaldığını inkar edə bilməz və Avropa xalqları təkcə davam edən deyil, eyni zamanda mümkün müharibədən də narahatdır. Baş katibin sözlərinə görə, söhbət yalnız mövcud münaqişələrdən getmir və ümumavropa təhlükəsizlik təşkilatı olan ATƏT bu problemlərin həlli üçün əlindən gələni etməlidir.
Feridun Sinirlioğlu vurğulayıb ki, diplomatik proseslərdə nəticələr dərhal əldə edilmir və bu səbəbdən səbirli olmaq lazımdır.
Aysel Mətləb
tag: ATƏT,Avropa,Müharibə,Feridun Sinirlioğlu ,Todaypress.tv,
