Amerikalılar Trampı təhlükəli hesab edirlər
Dünya
15.04.2026 15:41
Amerikalılar Trampı təsvir etmək üçün ən çox “təhlükəli” (52%), “korrupsioner” (47%) və “cəsarətli” (45%) sözlərini seçirlər.
TodayPress TV xəbər verir ki, bu cavablar "Economist / YouGov" sorğusunun cavablarında yer alıb.
Ən az seçilən xüsusiyyətlər isə “dürüst” (22%), “sabit” (16%) və “ilhamverici” (16%) olub.
Sorğuya görə, respondentlərin 22%-i onun danışıqlar bacarığını “əla”, 16%-i “yaxşı”, 10%-i “orta”, 43%-i isə “zəif” qiymətləndirir.i
Amerikalıların 48%-i Trampın prezident olmaq üçün çox yaşlı olduğunu düşünür, 40%-i isə bununla razı deyil.
İştirakçıların 35%-i onun ciddi idrak geriləməsi yaşadığını, 13%-i orta səviyyədə geriləmə olduğunu deyir. 32% isə belə bir problemin olmadığını bildirir.
Fiziki vəziyyətlə bağlı isə 29% ciddi, 22% orta səviyyədə geriləmə olduğunu, 27% isə heç bir problem görmədiyini qeyd edir.
Demokratlar əsasən Trampın həm idrak, həm də fiziki geriləmə yaşadığını düşünür. Respublikaçılar isə əksinə, onun belə problemləri olmadığını deyir. Maraqlıdır ki, Demokratlar daha çox idrak geriləməsini vurğulayır, Respublikaçılar isə varsa belə fiziki geriləməni daha çox qeyd edir.
Amerikalıların yalnız 24%-i Trampın imzasının ABŞ pul vahidlərinə əlavə edilməsini dəstəkləyir, 59%-i isə buna qarşıdır. Demokratlar və Müstəqillər əsasən buna qarşı çıxır, Respublikaçıların isə çoxu bunu dəstəkləyir.
Türkan İsgəndərli
tag: Tramp,Sorğu,Təhlükə,Amerika,Todaypress.tv,
