Amerikalı aktrisa yeddi uşaqla ağır qəzaya düşdü
Dünya
07.04.2026 03:22
Amerikalı aktrisa, "Beverly Hills 90210" serialı ilə tanınmış Tori Spellinq Kaliforniya ştatının Temekula şəhərində ağır yol-nəqliyyat qəzası keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə 'TMZ' nəşri bildirib.
Xəbərə əsasən, hadisə baş verən zaman aktrisanın idarə etdiyi nəqliyyat vasitəsində onun dörd övladı və dostlarının üç uşağı olub.
Qəzaya qırmızı işıqdan keçən digər sürücü səbəb olub və o, yüksək sürətlə aktrisanın avtomobilinə çırpılıb. Zərbənin təsirindən Tori Spellinq və avtomobildəki uşaqlar üç fərqli təcili tibbi yardım maşını vasitəsilə yaxınlıqdakı klinikaya çatdırılıblar. Uşaqlarda müxtəlif dərəcəli kəsiklər, əzilmələr və beyin silkələnməsi qeydə alınıb.
Spellinqin hazırkı vəziyyəti barədə məlumat verilmir. Qəzanı törədən nəqliyyat vasitəsinin ön tərəfi isə ciddi şəkildə əzilib.
tag: "Beverly Hills 90210",Aktrisa,Tori Spellinq, todaypress.tv,
