"Amazon" satışına görə dünyanın ən böyük şirkəti oldu
Dünya
20.02.2026 05:33
"Amazon" şirkəti satış həcminə görə dünya reytinqində birinci yerə yüksələrək ABŞ-nin nəhəng pərakəndə satış şəbəkəsi olan "Walmart"ı geridə qoyub.
TodayPress TV bu barədə "Bloomberg" agentliyinə istinadən xəbər verir.
2025-ci ilin yekunları əsasında "Amazon"un satış dövriyyəsi təxminən 717 milyard dollar təşkil edib. "Walmart"ın göstəricisi isə 713.2 milyard dollarda qalıb.
Qeyd edək ki, 2024-cü ildə "Walmart" 681 milyard dollarla liderliyini qoruyurdu, "Amazon"un satışları isə 638 milyard dollar idi. Beləliklə, "Amazon" bir il ərzində sürətli artım nümayiş etdirərək əsas rəqibini taxtından endirməyi bacarıb.
Hazırda "Amazon" dünyanın ən böyük onlayn pərakəndə satış platforması hesab olunur və onun xidmətlərindən ayda orta hesabla 2.7 milyard istifadəçi yararlanır.
tag: Amazon, Satış, Rekord,Walmart,todaypress.tv,
