"Amazon" illik gəlirinə görə rekord qırdı
"Amazon" 2025-ci il üzrə illik gəliri ilə "Walmart"ı geridə qoyaraq ABŞ-nin ən böyük gəlirli şirkəti olub.
TodayPress TV xəbər verir ki, "Amazon"un açıqladığı maliyyə nəticələrinə görə, şirkətin illik gəliri 716,9 milyard dollar olub, "Walmart" isə 713,2 milyard dollar gəlir əldə edib.
Bu, "Amazon"un illik gəlirinin 12,4 faiz artması ilə, "Walmart"ın 4,7 faiz artımını üstələməsi deməkdir.
Bildirilir ki, ABŞ pərakəndə satış bazarında "Amazon"un payı təxminən 9 faiz, "Walmart"ın payı isə 7,6 faizdir.
Qeyd edək ki, "Walmart" 2001-ci ildən bəri illik gəlir baxımından lider idi.
Türkan İsgəndərli