Almaniyanın avtomobil sənayesində böhran dərinləşir: 42 min iş yeri itirilib

Almaniyanın avtomobil sənayesində böhran dərinləşir: 42 min iş yeri itirilib
14.08.2026 16:37 Dünya

Almaniyanın avtomobil sənayesində çalışanların sayı son 20 ilin ən aşağı səviyyəsinə düşüb.

TodayPress TV xəbər verir ki, bu barədə "Destatis" məlumat yayıb.

Məlumata görə, iyunun sonunda ölkənin avtomobil sektorunda 691 500 nəfər çalışıb. Son 12 ayda 42 300 iş yeri, yəni sektor üzrə məşğulluğun 5,8 faizi itirilib.

Beləliklə, Almaniyanın avtomobil sənayesində çalışanların sayı 2005-ci ildən bəri ən aşağı göstəriciyə geriləyib. Avtomobil sektoru ölkədə maşınqayırmadan sonra ikinci ən böyük sənaye işəgötürənidir.

Almaniyanın aparıcı avtomobil istehsalçılarından "Volkswagen" də qənaət siyasətinə keçib. Şirkətin baş direktoru Oliver Blume 2030-cu ilə qədər 50 min iş yerinin ixtisarının planlaşdırıldığını açıqlayıb.

"Volkswagen" həmçinin 2028-ci ilə qədər Avropadakı zavodlarında istehsalı əlavə 500 min avtomobil azaltmağı planlaşdırır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər