Almaniyada yeni qanun narazılıq yaratdı: Gənclər etiraz edir

Dünya

06.04.2026 18:15

Almaniyada yeni hərbi qanun gənclər arasında narazılıq və etirazlara səbəb olub.

TodayPress TV "The Independent"ə istinadən xəbər verir ki, bunu ölkədə qüvvəyə minən yeni qaydalar göstərir.

Məlumata görə, 17–45 yaş arası kişilər üç aydan artıq xaricə səfər etmək üçün Bundesverdən icazə almalıdır.

Bildirilir ki, bu tələb yanvarın 1-dən qüvvəyə minən hərbi xidmətin modernləşdirilməsi haqqında qanunda yer alıb və milyonlarla vətəndaşa təsir edə bilər.

Qeyd olunur ki, bu dəyişiklik xüsusilə gənclər arasında ciddi narazılıq doğurub:

“Bu qayda xaricdə təhsil, iş və ya uzunmüddətli səfər planlaşdıran milyonlarla alman vətəndaşa təsir edə bilər və geniş ictimai narahatlıq yaradıb”.

Nəşr vurğulayır ki, Almaniya hazırda hərbi potensialını artırır və yeni qaydalar fövqəladə vəziyyət və ya müharibə zamanı səfər edən kişilərin hərəkətinə nəzarəti gücləndirmək məqsədi daşıyır.

Qiymət Mahir

tag: Almaniya,Qanun,Hərbi,Etiraz,TodayPress TV,