Almaniya vətəndaşlarını İranı tərk etməyə çağırır

Dünya

20.02.2026 22:25

Almaniya Xarici İşlər Nazirliyi vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb. 

TodayPress TV xəbər verir ki, xəbərdarlıq nazirliyin rəsmi saytında dərc edilib. 

Departamentin açıqlamasında vurğulanıb ki, Tehrandakı Almaniya səfirliyi hazırda Almaniya vətəndaşlarına yalnız son dərəcə məhdud konsulluq dəstəyi göstərə bilər, ona görə də onların təhlükəsizliyini təmin etmək üçün İran İslam Respublikasını tərk etməlidirlər. 

“İrana səyahət etmək tövsiyə edilmir. Almaniya vətəndaşlarına İranı tərk etmələri tövsiyə olunur. Nəzərə alın ki, Almaniyanın xaricdəki məsul diplomatik nümayəndəliyi yalnız çox məhdud dərəcədə konsulluq yardımı göstərə bilər”, - deyə 20 fevral tarixli yeniləmədə deyilib. 

Qeyd edək ki, xəbərdarlıq ABŞ Prezidenti Donald Trampın İranın hərbi və hökumət hədəflərinə məhdud zərbə endirməyi nəzərdən keçirdiyini deməsindən sonra gəlib. 

Aysel Mətləb

TodayPress TV

tag: Almaniya,Vətəndaş,Tərk,İran,Todaypress.tv,