Almaniya: İki dövlətli həll prosesi dərhal başlamalıdır

Almaniya: İki dövlətli həll prosesi dərhal başlamalıdır
31.07.2025 18:15 Dünya

Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Yohann Vadeful bəyan edib ki, Fələstin dövlətinin tanınması yalnız iki dövlətli həll prosesinin sonunda mümkün olmalıdır.

TodayPress TV xəbər verir ki, bu barədə "Yle" məlumat yayıb. 

O, eyni zamanda vurğulayıb ki, bütün bunlara baxmayaraq, proses dərhal başlanmalıdır.

Vadeful həmçinin Almaniyanın İsrailin yanında yer almağa davam edəcəyini, HƏMAS-ın aralarında alman vətəndaşlarının da olduğu əsirləri azad etməsinin, silahsızlaşdırılmasının və Fələstin ərazilərində siyasi nüfuzunu itirməsinin vacibliyini qeyd edib: “HƏMAS bir daha İsrail üçün təhlükə yaratmamalıdır.”

Töhfə Səməd 

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər