“Airbus” "A320" təyyarəsini geri çağıra bilər

“Airbus” "A320" təyyarəsini geri çağıra bilər
03.12.2025 05:24 Dünya

Fransanın təyyarə istehsalçısı “Airbus”, metal gövdə panellərində keyfiyyət problemləri aşkar edilməsi səbəbilə "A320" ailəsinə aid 628 təyyarənin yoxlanıla biləcəyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Agence France-Presse” şirkətə istinadən məlumat verib.

“Airbus” rəsmi olaraq ən populyar "A320" ailəsinə aid təyyarələrin bəzilərinin metal gövdə panellərində keyfiyyət problemlərinin mövcudluğunu etiraf edib.

"Airbus, bazar ertəsi günü bildirilən metal panellərdə keyfiyyət problemləri aşkar edildiyi üçün 628-ə qədər "A320" təyyarəsinin yoxlanıla biləcəyini açıqlayıb. Bu, bütün təyyarələrin eyni problemlə qarşılaşacağı anlamına gəlmir", - məlumatda deyilir.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər