Aİ Ukraynaya yardım, Rusiyaya yeni sanksiyaları təsdiqlədi

Dünya

22.04.2026 15:31

Avropa İttifaqı Ukraynaya 90 milyard avro kredit ayrılmasını və Rusiyaya qarşı 20-ci sanksiya paketini təsdiqləyib.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilib ki, qərar Aİ səfirləri tərəfindən qəbul olunub.

Qeyd edək ki, bu maliyyə dəstəyi 2025-ci ilin dekabrında keçirilən Aİ sammitində razılaşdırılıb və 2026-2027-ci illəri əhatə edir. Ayrılan vəsaitin 60 milyard avrosu hərbi məqsədlərə, 30 milyard avrosu isə Ukraynanın büdcə ehtiyaclarına yönəldiləcək.

Məlumata görə, Ukrayna borclarını ödəməkdə çətinlik çəkdiyi üçün kreditin qaytarılması ilə bağlı məsuliyyəti Aİ üzərinə götürə bilər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Aİ,Rusiya,Ukrayna,Büdcə,Todaypress.tv,