Aİ Ukraynaya daha 600 milyon avroluq yardım elan etdi
Dünya
22.04.2026 16:30
Avropa İttifaqı və Avropa İnvestisiya Bankı Ukraynaya ümumilikdə 600 milyon avroluq yeni maliyyə yardım paketi elan edib.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Bildirilib ki, bu məbləğdən 450 milyon avro kreditlər üçün Aİ zəmanətlərinin artırılmasına, 150 milyon avro isə qrant formasında birbaşa dəstəyə yönəldiləcək.
Məlumata görə, eyni zamanda Aİ üzv ölkələrinin daimi nümayəndələri Ukraynaya 2026-2027-ci illər üçün nəzərdə tutulan 90 milyard avroluq kredit paketini də təsdiqləyiblər. Plan çərçivəsində 60 milyard avro hərbi xərclərə, 30 milyard avro isə Ukraynanın büdcə ehtiyaclarına ayrılacaq. Kreditin geri qaytarılması ilə bağlı risklərin Aİ tərəfindən qarşılanması da gündəmdədir.
Bundan başqa, həmin iclasda Rusiyaya qarşı 20-ci sanksiya paketinin də təsdiqləndiyi bildirilir.
Türkan İsgəndərli
tag: Aİ,Ukrayna,Bank,Yardım,Todaypress.tv,
