Aİ Ukrayna üzrə xüsusi nümayəndə seçir: Namizədlər kimlərdir?

Dünya

14.01.2026 14:20

Avropa İttifaqı (Aİ) Ukrayna danışıqları üzrə xüsusi nümayəndə təyin etmək üçün danışıqlar aparır.

TodayPress TV xəbər verir ki, bu barədə "Politico" Aİ mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, xüsusi nümayəndənin vəzifəsi Avropanı ABŞ və Rusiya ilə yanaşı sülh danışıqları masalarında təmsil etmək olacaq.

Nəşrin məlumatına görə, məqsəd Ukraynanın mümkün NATO üzvlüyünün sülh danışıqlarında gündəmdə qalmasını təmin etməkdir.

Qeyd edək ki, xüsusi nümayəndənin təyin edilməsi məsələsi artıq 2025-ci ilin mart ayında Aİ sammitində müzakirə olunub, lakin bu məsələ ilə bağlı heç bir qərar qəbul edilməyib və təklif birgə bəyanata daxil edilməyib.

Xüsusi elçi vəzifəsinə potensial namizədlər artıq müzakirələrdə ortaya çıxıb. Finlandiya Prezidenti Aleksandr Stubb, İtaliyanın keçmiş Baş naziri Mario Draqi, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas namizəd kimi təqdim edib.

Aysel Mətləb

TodayPress TV

tag: Aİ ,Ukrayna ,Nümayəndə,NATO ,Stubb,Todaypress.tv,