Aİ təcili toplanır - İspaniya qanunsuz miqrantlardan təmizlənə bilmir

Aİ  təcili toplanır - İspaniya qanunsuz miqrantlardan təmizlənə bilmir
03.08.2026 17:11 Dünya

İspaniyanın Şimali Afrikadakı Seuta anklavında ötən həftə baş verən kütləvi sərhəd keçidindən sonra minlərlə miqrant hələ də şəhərdə qalır.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, yerli hakimiyyət Seutada hazırda 3-5 min arasında miqrantın qaldığını bildirir. Böyüklər və yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulan qəbul mərkəzləri tam dolub, yüzlərlə azyaşlı isə sığınacaq gözləyir.

İspaniya hökuməti son dörd gün ərzində təxminən 69 500 miqrantın Mərakeşə qaytarıldığını açıqlayıb. Rəsmi məlumatlara görə, sərhəd keçidləri zamanı İspaniya tərəfində 72, "Mərakeş tərəfində isə 11 nəfər" həyatını itirib.

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Mərakeşlə əməkdaşlıq sayəsində miqrantların böyük hissəsinin qısa müddətdə geri qaytarıldığını bildirib. Bununla yanaşı, Seuta rəhbərliyi Rabatı sərhəddəki vəziyyətə vaxtında nəzarət etməməkdə tənqid edib.

Böhran Avropa İttifaqında miqrasiya siyasəti ilə bağlı müzakirələri yenidən alovlandırıb. Aİ daxili işlər nazirlərinin məsələni müzakirə etmək üçün təcili videokonfrans keçirəcəyi bildirilir. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
03 AVQUST 2026
Bütün Xəbərlər