Aİ Qrenlandiya ilə bağlı Trampın planlarına baxmayaraq...
Dünya
10.01.2026 22:23
Avropa İttifaqı (Aİ) ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı planlarına baxmayaraq, Rusiyanı hələ də əsas təhlükə kimi görməkdə davam edir.
TodayPress TV xəbər verir ki, bu fikirləri jurnalist Tomas Fazi X sosial şəbəkəsində paylaşıb.
Fazi bildirib ki, ABŞ faktiki olaraq “lazım gələrsə güc yolu ilə suveren Avropa dövlətinin böyük bir hissəsini anneksiya edəcəyini” açıq şəkildə bəyan etsə belə, Avropadakı tərəfdaşların cavabı yenə də eyni olacaq: “Bəli, amma əsl təhlükə Rusiyadır”.
Jurnalistin fikrincə, yaranmış vəziyyətin sonunda Avropa İttifaqı Qrenlandiya məsələsində ABŞ-yə güzəştə getməyə məcbur qalacaq.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, Vaşinqton Qrenlandiyaya sahib olmalıdır. Onun sözlərinə görə, bu ərazilərə nəzarət ABŞ-nin milli təhlükəsizliyinin təmin olunması baxımından vacibdir.
Qiymət Mahir
tag: Aİ,ABŞ,Donald Tramp,Rusiya,Todaypress.tv,
