Aİ ölkələri Rusiya tankerlərinə nəzarəti öz üzərinə götürəcək

Dünya

08.01.2026 17:07

Avropa Komissiyası (AK) Rusiya tankerləri ilə bağlı ABŞ nümunəsini izləyib-izləməmək barədə qərarı Avropa İttifaqı (Aİ) ölkələrinin öhdəsinə buraxıb.

TodayPress TV "Tass"a istinadən xəbər verir ki, bu barədə Komissiyanın sözçüsü Anita Hipper brifinqdə bildirib.

Hipper qeyd edib ki, “gəmilərin yoxlama üçün saxlanması Aİ ölkələrinin məsuliyyətidir” və Komissiya bu sahədə birbaşa qərar vermir.

O, həmçinin Aİ-nin artıq xarici bayraqlar altında Rusiya neftini daşıyan 597 tankeri “kölgə donanması” siyahısına daxil etdiyini bildirib. Bu siyahıya daxil olan gəmilər Aİ limanlarına daxil ola bilmir və Avropa bankları və sığorta şirkətləri onlara xidmət göstərməməlidir.

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ni beynəlxalq dəniz naviqasiyasının normalarına riayət etməyə və “Mariner” gəmisi ilə digər qanuni gəmilərə qarşı hərəkətlərini dayandırmağa çağırıb.

Nazirlik ABŞ-nin hüquqi əsaslara istinad edərək tankeri ələ keçirməsini qəbuledilməz hesab edib.

Jalə Rövşən

TodayPress TV

tag: Anita Hipper ,Avropa Komissiyası,Rusiya tankerləri ,ABŞ ,Todaypress.tv,