Aİ-nin sığınacaq sistemi iflic oldu: İtaliya Almaniyadan gələn miqrantları geri qaytarır

Aİ-nin sığınacaq sistemi iflic oldu: İtaliya Almaniyadan gələn miqrantları geri qaytarır
24.08.2026 17:40 Dünya

Aralıq dənizində xilas edilən miqrantların taleyi ilə bağlı İtaliya və Almaniya arasındakı fikir ayrılığı getdikcə dərinləşir.

TodayPress TV “DW”yə istinadən xəbər verir ki, bunu “dpa” agentliyi yazıb.

İtaliyanın Baş nazirinin müavini, nəqliyyat naziri Matteo Salvini bildirib ki, Ümumavropa Sığınacaq Sistemi (CEAS) qaydalarına zidd olsa da, Almaniyanın humanitar təşkilatlarına məxsus gəmilər Aralıq dənizində miqrantları xilas etməyə davam etdiyi müddətdə ölkəsi Almaniyadan İtaliyaya geri göndərilən miqrantları qəbul etməyəcək.

“Almaniyanın bizə heç bir qeyri-qanuni miqrant göndərməyə haqqı yoxdur, nə qədər ki, Almaniya QHT-lərinin gəmiləri Aralıq dənizində hərəkət edir və minlərlə qeyri-qanuni miqrantı İtaliyaya və Avropaya gətirir”, – deyə “Der Spiegel” sağçı “Lega” partiyasının sədri olan Salvininin sözlərini sitat gətirib.

Romanın məlumatına görə, təkcə bu ilin əvvəlindən Almaniya QHT-lərinin gəmiləri Aralıq dənizində 2 200 miqrantı xilas edərək İtaliya limanlarına çatdırıb. Onların bir qismi daha sonra İtaliyanı tərk edərək Almaniya da daxil olmaqla digər Avropa İttifaqı ölkələrinə gedib.

Qeyd edək ki, Ümumavropa Sığınacaq Sistemi (CEAS) iyun ayında qüvvəyə minib. Sistem Almaniyaya və digər Aİ ölkələrinə Dublin Sazişinə əsasən, İtaliya sahillərinə çataraq Avropa İttifaqı ərazisinə daxil olan miqrantları İtaliyaya geri qaytarmağa imkan verir. Buna baxmayaraq, CEAS qüvvəyə mindikdən sonra İtaliya bu günə qədər Almaniyadan geri göndərilən heç bir miqrantı qəbul etməyib.

Qiymət Mahir

XƏBƏR LENTİ
24 AVQUST 2026
Bütün Xəbərlər