NATO olmadan hərbi cavab mexanizmlərini müzakirə edir

Dünya

24.04.2026 22:40

Avropa İttifaqı (Aİ) liderləri ilk dəfə olaraq, Aİ ölkələrindən birinə qarşı təcavüz baş verərsə, NATO-nun iştirakı olmadan hərbi cavab mexanizmlərini müzakirə ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə Kiprdə keçirilən qeyri-rəsmi sammitin yekunlarına dair mətbuat konfransında Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bəyanat verib.

"Bizim kollektiv müdafiə haqqında Avropa maddəsi (Avropa İttifaqı haqqında Müqavilənin 42.7-ci maddəsi - red.) barədə çox zəruri və vaxtında bir müzakirəmiz oldu. Müqavilə ehtiyacı olanla22ra dəstək üçün nələrin edilməli olduğunu aydın şəkildə müəyyən edir. Lakin müqavilədə məhz nələrin və necə baş verəcəyi, kimin nə edəcəyi dəqiq göstərilmir. Biz bu gün bu məsələ üzərində ali nümayəndə (Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas), həmçinin Avropa ittifaqının müdafiə üzrə komissarı (Andrius Kubilius) ilə birlikdə aktiv işlədik", - deyə o bildirib.

Avropa Komissiyasının rəhbəri vurğulayıb ki, Aİ-nin artıq Mülki Müdafiə Mexanizmi ilə bağlı yaxşı təcrübəsi var və bu mexanizm barədə bütün ölkələr nə etmək lazım olduğunu bilirlər.

Aysel Mətləb

TodayPress TV

tag: Aİ,NATO,Müdafiə,Hərbi,TodayPress TV,